Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən uğrunda şəhid olmuş Zərdab rayonunun Kəndəbil kənd sakini Fərid Rüstəmovun vəfatının 4-cü ildönümü qeyd olunub

14 sentyabr 2026 | 17:29
Bununla əlaqədar Zərdab Rayon İcra Hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri tərəfindən Fərid Rüstəmovun və kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Şəhidin ailəsi ilə görüş keçirilib. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər