Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətəndaşsızlıq hallarının aradan qaldırılması və insan alveri ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

23 avqust 2022 | 17:14

23 avqust 2022-ci il tarixdə Yevlax Regional Miqrasiya İdarəsinin və Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zərdab şəhər 1 saylı məktəb-liseydə rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin və ümumtəhsil məktəblərinin direktorlarının iştirakıyla   “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və insan alveri ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə  Rayon İHB Aparatının  ictimai-siyasi və  humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Seymur Tağıyev, Yevlax Regional Miqrasiya İdarəsinin şöbə rəisi Hüseyn Qocamanov, idarənin inspektoru Nurlan Quliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Zərdab rayonu üzrə təhsil sektorunun metodisti Şövqü Səfərəliyev iştirak etmişdir. Yevlax Regional Miqrasiya İdarəsinin şöbə rəisi Hüseyn Qocamanov mövzu ətrafında ətraflı çıxış edərək yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi və müddətinin uzadılması qaydaları, insan alverinə qarşı mübarizənin mahiyyəti və formaları, eləcə də ölkəmizdə bu sosial bəlaya qarşı mübarizə istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Sonda  idarə əməkdaşları tərəfindən tədbir  iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və  maarifləndirici bukletlər paylanılıb.

Keçidlər