Şriftin ölçüsü :

Saytın rəngi :

XƏBƏRDARLIQ-11.05.2024

11 may 2024 | 12:34

Xəbərdarlıq
Azərbaycanın rayonlarında
Mayın 12-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 15-i səhərədək fasilələrlə  leysan xarakterlu yağıntılı olacağı gözlənilir. Ayrı ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların  intensiv və güclü olacağı,  şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 
Qərb küləyi  15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun kəskin artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

--
hidromet Sabirabad
Keçidlər