XƏBƏRDARLIQ-21.05.2024
Azərbaycanın rayonlarında
Mayın 22-23-də əsasən dağlıq və dağətəyi rayonlarda, 24-ü gündüzdən 27-dək isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Mayın 24-ü gündüzdən 26-sı gündüzədək şərq küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun kəskin artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Kür, Qanıx və Qabırrı çaylarının hövzəsinə yağan leysan yağışlarla əlaqədar Kür çayının Qazax, Ağstafa, Tovuz rayonlarının, Qanıx çayının Balakən, Zaqatala, Qax rayonlarının və Qabırrı çayının Samux rayonunun ərazilərindən keçən bəzi hissələrində subasma olacağı gözlənilir.
Böyük Qafqazın cənub yamacından axan və Zərdab rayonu ərazisində Kür çayına tökülən Qarasuçayda (Kür çayının sol qolu) səviyyənin kəskin artacağı gözlənilir ki, nəticədə Kür çayının aşağı axınında səviyyənin daha da artacağı və bəzi ərazilərdə subasma hallarının baş verəcəyi gözlənilir.
G. Məmmədova
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru
21.05.2024