Şriftin ölçüsü :

Saytın rəngi :

XƏBƏRDARLIQ - 30.04.2024

30 aprel 2024 | 12:45
Bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 05-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi-aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, 02-də gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 03 və 04-də tədricən 4-8° aşağı enəcək.
Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun daha da artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
 
G.Məmmədova
Milli Hidrometeorologiya Xidməti
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru 
Keçidlər