Şriftin ölçüsü :

Saytın rəngi :

Yanğın təhlükəsizliyi qaydaları və yanğınlar zamanı qabaqlayıcı tədbirlərin görülməsi mövzusunda maarifləndirmə tədbirlər keçirilib

23 fevral 2026 | 18:09

23 fevral 2026-cı il tarixdə Zərdab Rayon Fövqəladə Hallar komissiyası və Zərdab rayon DYMH-nin  birgə təşkilatçılığı ilə Rayon İHB-nın Dəli Quşçu və Dəkkəoba kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində əkin və biçənək sahələrinin yanğından mühafizəsi məqsədilə kol-kosların yandırılmaması, yanğınlar zamanı qabaqlayıcı tədbirlərin görülməsi və  yanğın təhlükəsizliyi qaydaları mövzusunda maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirlərə Rayon İHB-nın kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və üzvləri, ərazidə əkinçiliklə məşğul olan sahibkarlar cəlb olunmuşlar.

Aidiyyəti təşkilatların əməkdaşları çıxış edərək əkin sahələrinin yanğından qorunmasının tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindən biri olduğunu və bu sahədə onların qarşısında ciddi məsələlər durduğunu qeyd ediblər. Baş verə biləcək yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq, yanğın təhlükəsizliyinə dair tələblər barədə,  kol-kos, qamışlıqların yandırılması və bu halları törədən şəxslərin qanun qarşısında məsuliyyət daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Sonra ərazidə olan mövcud vəziyyət və mövzu ilə əlaqədar görülməsi vacib olan təhlükəsizlik tədbirləri müzakirə olunmuş, bu tip maarifləndirici tətədbirlərin digər inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə də təşkil edilməsinin vacib olduğu qeyd edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir. 

Keçidlər