Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Zərdab rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Poliqon” strateji intellekt oyunu üzrə rayon çempionatı keçirilib

26 may 2023 | 09:56
Çempionatı giriş sözü ilə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev açaraq bütün həyatını xalqına xidmətə həsr etmiş, fəaliyyətində həmişə öz xalqına arxalanmış, Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, çətin günlərdə tarixin ən sərt sınaqlarından çıxardığı xalqı tərəfindən əziz xatirəsi hər zaman dərin ehtiramla anılan Ümummilli Lider Heydər Əliyevin bugünkü qüdrətli dövlətimizin yaradılması üçün göstərdiyi əvəzsiz xidmətlərindən söz açaraq, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmizin artan nüfuzu və beynəlxalq arenada söz sahibinə çevrilməsini qeyd edib.
Çempionat Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.
Komandaların gərgin intellekt mübarizəsi ilə keçən çempionatda Gəlmə kəndini təmsil edən “Bayraktar” komandası 440 xalla 1-ci, Gənclər və İdman İdarəsini təmsil edən “Best Team” və Çallı kəndini təmsil edən “Zəfər” komandaları hər biri 350 xalla 2-ci, Əlibəyli kəndini təmsil edən “Uğur” komandası isə 325 xalla 3-cü yeri qazanıblar.
Sonda qalib komandalara kubok və diplomlar təqdim edilərək xatirə şəkli çəkilib.
Keçidlər