Yarməmmədbağı kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib
13 fevral 2023 | 16:40
Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Gənclər və İdman idarəsinin və Gənclər evi SXM-nin birgə təşkilatçılığı ilə Yarməmmədbağı kənd tam orta məktəbində "Zərərli vərdişlər sağlam gələciyimiz üçün təhlükədir", "Uşaqların fiziki-psixoloji zorakılıqdan (o cümlədən virtual aləmdə) müdafiəsi" və "İnsan alverinə qarşı birlikdə mübarizə aparaq" mövzularında maarifləndirici tədbir keçirilib. Çıxış edənlər tədbirin məqsədi, eyni zamanda mövzuların aktuallığı və son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda mövzularla bağlı videoçarx nümayiş olunub.