Şriftin ölçüsü :

Saytın rəngi :

Yarməmmədbağı kənd tam orta məktəbində müəllim və valideynlərlə maarifləndirici görüş keçirilib

07 aprel 2026 | 18:00

Zərdab Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 7 aprel 2026-cı il tarixində Yarməmmədbağı kənd tam orta məktəbində Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar uşaqların dispanserizasiyaya cəlb edilməsi və sosial şəbəkələrdən aslılığın aradan qaldırılması məqsədilə maarifləndirici görüş keçirilib. Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib, iştirakçılar uşaqların dispanserizasiyasının əhəmiyyəti barədə məlumatlandırılıb, erkən diaqnostika və profilaktik müayinələrin uşaqların sağlam inkişafındakı rolu xüsusi vurğulanıb. Görüş zamanı sağlam həyat tərzi, düzgün qidalanma, gigiyena qaydaları və mütəmadi tibbi nəzarətin vacibliyi, uşaqların sosial şəbəkələrdən düzgün istifadə qaydaları izah olunub, iştirakçıların sualları cavablandırılıb və zəruri tövsiyələr verilib.

Keçidlər