“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş konfrans keçirilib
27 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində “Tədbirlər Planı”na uyğun olaraq rayonun Heydər Əliyev Mərkəzində konfrans keçirilmişdir. Konfransda Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimai fəallar və ictimaiyyət nümayəndələri, eləcə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişləri Raqif Xəlilov və İlqar İsmayılov iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş əl işlərindən və rəsmlərdən ibarət sərgiyə baxış keçirilmişdir. Tədbirin rəsmi hissəsi H.Əliyev Mərkəzində davam etdirilmişdir. “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı videoçarx nümayiş olunmuşdur. Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova məruzə ilə çıxış etmişdir. 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi Raqif Xəlilov, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhliman Kərimov, tərəqqi medallı müəllimə Dərya Əhmədova, Zərdab Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin rəisi Səməd Cəfərov mövzu ətrafında çıxış etmişlər.