Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

15 avqust 2023 | 18:01

Tədbir iştirakçıları ilk öncə partiyanın yaradıcısı, Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin abidəsini və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsinə ucaldılmış Şəhidlərin Xatirə Kompleksini ziyarət ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının sədri İlkin Əliyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, ötən dövr ərzində YAP Zərdab rayon təşkilatının fəaliyyətindən bəhs edərək 30 illik yubiley münasibəti ilə iştirakçıları təbrik edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı cənab İlham Əliyev tərəfindən  uğurla həyata keçirilir, günü gündən yeni-yeni uğurlara imza atılır. Vətən müharibəsində əldə olunmuş zəfərin Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmaqla, ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirmiş olduğu, mənfur düşmənin işğalçılıq siyasətinə 44 gün ərzində son qoyularaq bütövlüyümüzün bərpa olunduğu diqqətə çatdırılıb.  

Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə çıxış edərək Azərbaycan xalqının taleyində müstəsna yerə malik olan Yeni Azərbaycan Partiyasının dahi siyasi xadim və qüdrətli şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmasını, bu gün partiyanın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etməsini və müstəqil Azərbaycanın həyatında önəmli yerə və rola malik olmasını diqqətə çatdırıb, YAP Zərdab rayon təşkilatının yaradılmasının 30-cü ildönümü münasibətilə iştirakçıları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən YAP Zərdab rayon təşkilatının veteran üzvü Tahir Qasımov, Vətən müharibəsi şəhidi, mayor Rəhim Hüseynovun atası Qədir Hüseynov, Vətən müharibəsi iştirakçısı, Əlvənd kənd tam orta məktəbinin direktoru Elvin Xəlilov, tələbə, aktiv gənc Cəmilə Mehdiyeva, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri Ələkbər Kərimov Yeni Azərbaycan Partiyasının həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çiçəklənməsi yolunda şərəfli bir yol keçmiş partiya olduğunu, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən islahatların və proqramların ümumilikdə insanların həyat və şəraitinin, o cümlədən sosial rifah halının yüksəldilməsinə hesablandığını qeyd ediblər.

Sonda partiya sıralarına yeni daxil olmuş üzvlərə vəsiqələr, fəaliyyətlərinə görə fərqlənmiş üzvlərə isə Fəxri Fərmanlar təqdim olunub.

Keçidlər