Zəfər Günü ilə bağlı Zərdab rayonunda şəhid ailələri ziyarət edildi
Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəis əvəzi Ramin Əhmədov, icra hakimiyyətinin məsul vəzifəli şəxsləri, idarə və müəssisə rəhbərləri 8 noyabr - Zəfər Günü ilə bağlı vətən müharibəsi şəhidləri əsgər İbrahim Rüstəmlinin, Gizir Turan Muradovun və Gizir İlkin Ağayevin ailələrini ziyarət ediblər. Şəhidlərimizin əziz xatirələri yad edilib, ruhlarına dualar oxunub. Şəhid ailələrinə rayon icra hakimiyyəti tərəfindən maddi yardım edilib. Göstərilən bu böyük diqqət və qayğıya görə şəhid ailələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.