Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
Tədbirdə Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti və qarşıda duran vəzifələr”, “Prezident cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə müəyyən etdiyi prioritet istiqamətlər” və “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sahənin bərpası və inkişaf perspektivləri” mövzularında çıxışlar edilmişdir.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqların əhəmiyyəti xüsusi vurğulanmış, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, su ehtiyatlarından səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, subsidiya mexanizminin təkmilləşdirilməsi, fermerlərin dövlət dəstəyi ilə əhatə dairəsinin genişləndirilməsi, aqrar sahədə rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqinin genişləndirilməsi, ixracyönümlü istehsalın stimullaşdırılması və kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından bəhs olunmuş, ideoloji maarifləndirmə tədbirlərinin dövlətçilik dəyərlərinin təbliği və vətəndaş məsuliyyətinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilmiş, mövzular ətrafında geniş müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.






