Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
22 oktyabr 2026 | 13:58
Tədbirdə Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Aqrar sahədə innovasiyaların tətbiqi və ərzaq təhlükəsizliyinin təmin olunması” mövzusunda çıxışlar edilmişdir. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlərdən bəhs olunmuş, məhsul istehsalının artırılması, su ehtiyatlarından səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi və aqrar sahədə rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti vurğulanmışdır. Sonda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.






