Zərdab Elektrik Şəbəkəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
Tədbirdə Zərdab Elektrik Şəbəkəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişafı” və “Enerji təhlükəsizliyinin təmin olunması və regionların davamlı inkişafında elektrik enerjisi təchizatının rolu” mövzularında çıxışlar edilmişdir. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının bu gün uğurla davam etdirilməsi, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, enerji sektorunun inkişafı, elektrik enerjisi təchizatının etibarlılığının artırılması və regionlarda infrastrukturun yenilənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, elektrik enerjisi sahəsində çalışan əməkdaşların üzərinə düşən vəzifələr, xidmət keyfiyyətinin yüksəldilməsi, istehlakçı məmnunluğunun təmin olunması və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinin əhəmiyyəti vurğulanmış, mövzular ətrafında müzakirələr aparılmışdır.






