Zərdab Elektrik Şəbəkəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
Tədbirdə Zərdab Elektrik Şəbəkəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə "Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və müasir geosiyasi proseslər", "İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və dayanıqlı inkişaf" mövzularında çıxışlar edilmişdir. Çıxışlarda ölkəmizin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, regional sülh və təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq tədbirləri, həmçinin cəmiyyətin milli həmrəyliyinin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, dövlət siyasətinin prioritet istiqamətləri ilə bağlı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs olunmuş və mövzu ətrafında müzakirələr aparılmışdır.






