Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Peşə Liseyində “Erkən nikaha meyl salmağa dəyərmi?” layihəsi çərçivəsində tədbir keçirilib

14 fevral 2024 | 18:25

14 fevral  2024-cü il tarixində Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının, Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai birliyinin sədri Samirə Mustafayevanın, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Nailə İsmayılovanın iştirakı ilə  Peşə liseyinin müəllim və tələbələri ilə  görüş keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumatlar verilmiş, erkən nikah və qohumlar arasında nikahın  insan üçün psixoloji və bioloji zərərləri, qurulan ailələrin dağılması faktının çoxalması problemlərindən söhbət açılmışdır. Nümunəvi ailə modelinin  sevgi, hörmət, sədaqət, bir-birinə inam, güvən, dürüstlük, anlayışla qarşılama, səbr, dözümlülük kimi müsbət insani keyfiyyət sayəsində mövcud olmasını diqqətə çatdırılmışdır. Çıxışçılar iştirakçıları keçmişdən gələn ailə dəyərlərimizə sahib çıxmağa, ailə ənənələrini qorumağa çağırmışlar. Həmçinin, təhsilin insan həyatındakı önəmindən bəhs olunmuşdur.

Sonda “Erkən nikaha meyl salmağa dəyərmi?” adlı bukletlər paylanılmış, coffeshop təşkil olunmuşdur.

Keçidlər