Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Peşə liseyndə 12.09.2023-cü il tarixdə İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq görüş keçirilib.

12 sentyabr 2023 | 18:45

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, Peşə liseynin direktoru Rauf Mlikov, müəssisənin işçiləri və gənclər iştirak etmişdir. Tədbirdə Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, postmüharibə dövründə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlər, Qərbi Azərbaycan İcmasının nəzdində yeni “Qərbi Azərbaycan TV” internet televiziyasının yaradılmasının əhəmiyyətindən, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi və s. mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.

Keçidlər