Zərdab Rayon Gənclər Evi SXM-da 30.01.2024-cü il tarixdə İdeoloji Maarifləndirmə Konsepsiyasına və “2023-2026-cı illər Kommunikasiya Planı”na uyğun olaraq görüş keçirilib
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, Rayon Gənclər Evi SXM-nin, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları, gənclər, Zərdab şəhəri ərazidə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkün və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə Avropa Şurası Parlament Assambleyasının qərəzli davranışı, postmüharibə dövründə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlər, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Azərbaycançılıq, vətənpərvərlik mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.