Zərdab Rayon Gigiyena və Epidemiologiya Mərkəzində 09.12.2025-ci il tarixdə İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq görüş keçirilib
09 dekabr 2025 | 18:13
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları Tural Nağıyev, Vüsal Məmmədov, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Emin Qazıyev, müəssisənin əmək kollektivi, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbirdə Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Azərbaycançılıq, vətənpərvərlik mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.






