Zərdab rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları Şıxbağı, Ağabağı və Gəlmə kəndlərində yaşayan valideyn himayəsindən məhrum azyaşlılarla görüşüb
16 iyul 2025 | 17:20
16.07.2025-ci il tarixdə Zərdab rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının müdafiəsi üzrə Komissiyasının, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları ilə birgə valideyn himayəsindən məhrum olmuş azyaşlılarla görüşüb. Görüş zamanı azyaşlıların hər biri ilə fərdi söhbət aparılıb. Həmçinin azyaşlıların yaşadığı ailələrin vəziyyəti, onların sağlamlığı, tərbiyəsi, təhlükəsizliyi barəsində qiymətləndirmə aparılıb və müvafiq köməkliklər olunub.






