Zərdab rayon icra hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq iclas keçrilmişdir
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamının 6.9.-cu bəndinin icrasına uyğun olaraq iclas keçirilmişdir. İclasda ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiyanın qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradtmasından, iqtisadi və sosial inkişafı ləngitməsindən, əlverişli biznes mühitinin yaranmasına maneə törətməsindən bəhs olunmuşdur. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərlərinə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tədbirlərin, ictimai müzakirələrin təşkili, müvafiq tədbirlərin əhali arasında geniş yayılmasının təşviq edilməsi, Korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılması tövsiyə olunmuşdur.