Zərdab Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə valideyn konfransları keçirilib
Zərdab şəhər 1 nömrəli məktəb-liseydə Zərdab Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə valideyn konfransları keçirilib. Tədbirlərdə motivasiyanın şagirdlərin inkişafında mühüm rol oynadığı, valideyn-məktəb əməkdaşlığının təhsil prosesinə müsbət təsir göstərdiyi vurğulanıb. Eyni zamanda, valideynlərin maarifləndirilməsinin, sosial şəbəkələrdən düzgün istifadənin və dəstəkləyici təhsil mühitinin yaradılmasının əhəmiyyəti qeyd edilib. Konfransların əsas məqsədi valideynləri övladlarının təhsil göstəriciləri, davranışları və inkişaf xüsusiyyətləri barədə məlumatlandırmaq, təhsil müəssisələrində sosial, psixoloji və emosional mühitin yaxşılaşdırılmasına dəstək vermək, eləcə də valideynlərin övladlarının akademik, sosial və emosional inkişafındakı rolunu gücləndirməkdən ibarətdir.






