Zərdab Rayon Kommunal Müəssisələri Kombinatında “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
21 avqust 2025 | 18:14
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Şövqi Qafarov və İsmayıl Eyvazlı Kommunal Müəssisələri Kombinatının əmək kollektivi iştirak etmişdir. Görüşdə Prezident cənab İlham Əliyevin 2025-ci il avqustun 20-də Gəncə şəhərinə və avqustun 21-də Kəlbəcər və Ağadərə şəhərlərinə səfərindən, eyni zamanda ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və müzakirələr aparılmışdır.






