Zərdab rayon Mərkəzi Kitabxanasında İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq növbəti görüş keçirilib
23 fevral 2024 | 15:28
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamil Məmmədov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva, müəssisənin əmək kollektivi və fəal oxucular iştirak etmişdir. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükut yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlərdən, 26 Fevral - Xocalı soyqırımı günü ilə əlaqədar, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması mövzuları haqqında söhbət və müzakirələr aparılmışdır.