Şriftin ölçüsü :

Saytın rəngi :

“Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2 bəndinə uyğun olaraq tədbir keçirilib

14 aprel 2026 | 16:14

14 aprel 2026-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2 bəndinə uyğun olaraq tibb işçiləri arasında antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, həmçinin maarifləndirmə mövzusunda tədbir keçirilib. Tədbirdə Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin baş həkimi-direktor əvəzi, Şöbə, Ailə Sağlamlıq Mərkəzlərinin, kənd həkim və tibb məntəqələrinin müdirləri, tibb işçiləri iştirak ediblər. Tədbirdə "Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin baş həkimi-direktor əvəzi çıxış edərək 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planının məqsədinin yerli əhalinin rifahın halının artırılması, dövlət və vətəndaş əlaqələrinin gücləndirilməsinin korrupsiyaya qarşı birgə mübarizə olduğunu qeyd edərək bildirib ki, səhiyyə sistemi hər bir cəmiyyətin ən həssas və strateji sahələrindən biridir. Bu sahədə şəffaflığın və dürüstlüyün təmin edilməsi yalnız tibbi xidmətin keyfiyyətini artırmır, həm də vətəndaşların dövlətə və tibb işçilərinə olan etimadını gücləndirir. Təəssüf ki, korrupsiya halları bu etimadı sarsıdan əsas amillərdən biri olaraq qalır. Tibb işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilk növbədə etik dəyərlərin möhkəmləndirilməsindən başlayır.  Cəmiyyətdə məlumatlılığın artırılması da bu prosesin ayrılmaz hissəsidir. Vətəndaşlar öz hüquqlarını bilməli, qeyri-qanuni hallarla qarşılaşdıqda necə davranmalı olduqlarını anlamalıdırlar. Kütləvi informasiya vasitələri, sosial şəbəkələr və ictimai kampaniyalar vasitəsilə geniş maarifləndirmə işləri aparılmalıdır. Sonda “Korrupsiyaya yox deyək” adlı hazırlanmış video çarx nümayiş olunub.

Keçidlər