Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

28 aprel 2026 | 17:48

Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev və xəstəxananın əmək kollektivi iştirak edib. Çıxış edənlər Zərifə Əliyevanın tibb elminə gətirdiyi yeniliklərdən, xüsusilə oftalmologiya sahəsində formalaşdırdığı elmi məktəbdən və onun praktik səhiyyəyə verdiyi töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, akademikin fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmayıb, o, həm də həkim etikası, pasiyentə münasibət və peşə məsuliyyəti kimi dəyərlərin təbliğində mühüm rol oynayıb.
Bildirilib ki, onun təşəbbüsləri və araşdırmaları nəticəsində Azərbaycanda göz xəstəliklərinin diaqnostika və müalicə üsulları daha da təkmilləşib, bu sahədə müasir yanaşmaların tətbiqinə geniş imkan yaranıb.
Çıxışlarda vurğulanıb ki, Zərifə Əliyevanın zəngin elmi irsi və peşəkar fəaliyyəti müasir tibb işçiləri üçün dəyərli nümunə olaraq qalır.

Keçidlər