Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon Mərkəzi Xəstəxanasında İdeoloji Maarifləndirmə Konsepsiyasına və “2023-2026-cı illər Kommunikasiya Planı”na uyğun olaraq görüş keçirilib

22 fevral 2024 | 15:43

Zərdab Rayon Mərkəzi Xəstəxanasında 22.02.2024-cü il tarixdə İdeoloji Maarifləndirmə Konsepsiyasına və “2023-2026-cı illər Kommunikasiya Planı”na uyğun olaraq görüş keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Emil Kamilov, müəssisənin əmək kollektivi, Vətən müharibəsi iştirakçıları, Zərdab şəhəri ərazisində müvəqqəti məskunlaşan keçmiş məcburi köçkün və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, postmüharibə dövründə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi tədbirlər, 26 Fevral - Xocalı soyqırımı günü ilə əlaqədar, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” və  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Azərbaycançılıq, vətənpərvərlik mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və mövzular haqqında müzakirələr aparılmışdır.

 

 

Keçidlər