Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayon Qaravəlli kənd tam orta məktəbində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq görüş keçirilib

03 iyun 2022 | 17:30
03 iyun 2022-ci il tarixdə Zərdab rayon Qaravəlli kənd tam orta məktəbində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq təhsil alanlarla görüş keçirilib. Tədbirdə Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Qaravəlli kənd tam orta məktəbinin direktor müavini Fazil Kərimov, məktəbin müəllim və şagirdləri iştirak etmişdir. Tədbirdə Ümummilli lider Heydər Əliyevin irsi, Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti, Vətən müharibəsində qazanılmış Zəfər, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi, asudə vaxtın səmərli təşkili mövzulardan bəhs olunmuş, gənc nəsilin vətənpərvər ruhda böyüməsi üçün bu sahədə marifləndirici tədbirlərin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Keçidlər