Zərdab rayon Təhsil Sektorunda 2 fevral Gənclər Günü münasibətilə İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq “Heydər Əliyev və Gənclər siyasəti” mövzusunda gənc təhsil işçiləri ilə tədbir keçirilib
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Həsənov, rayon təhsil sektorunun müdiri Gülağa İsgəndərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon komitəsinin sədri Etibar Niftəliyev, gənc müəllimlər iştirak etmişlər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər gənclər gününün qeyd olunmasının əhəmiyyətindən danışaraq, bu əlamətdar günün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışlar. Ulu Öndər Heydər Əliyevin irsi, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyəti, Vətən müharibəsində qazanılmış Zəfər, Azərbaycançılıq, vətənpərvərlik, sağlam həyat tərzi və s. mövzulardan bəhs olunmuşdur.
Sonda təhsilin inkişafındakı xidmətlərinə görə fərqlənmiş təhsil işçilərinə Fəxri Fərmanlar təqdim edilmişdir.