Zərdab Rayon Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
28 avqust 2025 | 18:11
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Şövqi Qafarov və İsmayıl Eyvazlı Rayon Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyətindən, eyni zamanda ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və müzakirələr aparılmışdır.






