Zərdab rayonu Əlvənd, Şahhüseynli kənd İƏD-ü üzrə nümayəndəliklərində İdeoloji Maarifləndirmə Konsepsiyası ilə bağlı növbəti görüş keçirilib.
Tədbirlərdə Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Həsənov, Rayon İHB-nın Əlvənd, Şahhüseynli kənd İƏD üzrə nümayəndələri, yerli təşkilatların rəhbərləri, kənd sakinləri iştirak etmişlər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Xocalı soyqırımı şəhidlərinin timsalında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edənlər 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücumundan, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etməsinin əhəmiyyətindən, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını almasından bəhs etmişlər.