Zərdab rayonu ərazisində keçirilən ağacəkmə aksiyası davam edir
25 oktyabr 2024 | 17:21
Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq Zərdab rayonu ərazisində keçirilən ağacəkmə aksiyası davam etdirilir. Rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında təşkil olunan aksiyada rayon rəhbərliyi, rayon icra hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Bu gün keçirilən ağacəkmə aksiyasında rayon polis şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.