Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonu üzrə demoqrafik vəziyyət (01.01.2023)

15 fevral 2023 | 10:52

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı  70 nəfər olmuşdur. Zərdab rayonunda  01 yanvar 2023-cü il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2022-ci ilin yanvar-dekabr  ayları ərzində Zərdab rayonun əhalisinin sayı 171 nəfər və ya 0,3 faiz artaraq 60169 nəfərə çatmışdır. Əhalinin 20,0 faizi şəhər, 80,0 faizi isə kənd yerlərində yaşayır.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ilkin hesablamalara görə rayonda 462, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur ki, onların da 16,5 faizi şəhər və qəsəbələrdə, 83,5 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 11,5-dən 7,7-yə qədər azalmışdır.

Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 323 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 2 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 1-4 yaşda 2, 5-9 yaşda 1, 10-14 yaşda 1, 20-24 yaşda 2, 25-29 yaşda 4, 35-39 yaşda 1, 40-44 yaşda 5,  45-49  yaşda 11, 50-54 yaşda 15, 55-59 yaşda 19, 60-64 yaşda 33, 65-69 yaşda 31, 70-74 yaşda 33, 75-79 yaşda 21, 80-84 yaşda 56, 85 yaşdan yuxarı 86  nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,4-dən 5,4-ə qədər azalmışdır. Rayon üzrə təbii artım 139 nəfər olmuşdur.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə  122 nigah və 62 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nigahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9-dən 2,0-a, boşanmaların sayı isə 1,3-dən 1,0-a qədər azalmışdır.

2022-ci ilin yanvar-dekabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 46 nəfər, rayondan isə 14 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət  32 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər