Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda barama tədarükü üzrə plan və öhdəliyə əməl edilib

11 iyun 2025 | 16:05

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin və “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüş və bunun nəticəsidir ki, son illər rayon barama tədarükü sahəsində liderliyini qoruyub saxlayır. Belə ki, rayon üzrə 2016-cı ildə 5 ton 710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq, 2020-ci ildə 61 ton 635 kq, 2021-ci ildə 67 ton 950 kq, 2022-ci ildə 58 tondan çox, 2023-cü ildə 52 tondan çox, 2024-cü ildə 40 tondan çox barama tədarük edilərək respublikada illər üzrə ən yüksək göstəriciyə nail olunmuşdur. Ayrı-ayrı illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Zərdab rayonundan olan kümçülər “Əmək” ordeni ilə təltif edilmişlər.

Görülən tədbirlər cari ildə də davam etdirilmiş, 2025-ci ilin məhsulu üçün 650 qutu ipəkqurdu toxumu kümçülərə paylanmış, bu sahədə 1000 nəfərdən çox rayon sakini mövsümi işlə təmin olunmuşdur.

Mövsüm boyunca Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və Aparatın digər vəzifəli şəxsləri mütəmadi olaraq rayon ərazisində barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olmuş, barama qurdlarına baxış keçirilmiş və onların yemlə təminatının vəziyyəti ilə maraqlanılmış, kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilmişdir.

Rayon ərazisində barama tədarükü də yüksək səviyyədə təşkil edilmiş və artıq 11 iyun 2025-ci il tarixə 30 ton barama tədarük edilərək qarşıya qoyulmuş plan və öhdəliyə əməl edilmişdir. İşlərin gedişi göstərir ki, zərdablılar bu il də Respublika üzrə öz birinciliklərini qoruyub saxlayacaqlar.

Rayon İcra Hakimiyyəti olaraq barama tədarükü sahəsində əməyi keçən hər bir kümçüyə, o cümlədən işlərin təşkilində yaxından iştirak edən İƏD üzrə nümayəndəliklərin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvlərinə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Keçidlər