Zərdab rayonunda barama təhvilinə başlanılıb
03 iyun 2022 | 12:45
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüşdür. Son üç ildə Zərdab rayonu barama tədarükü sahəsində respublikada öz liderliyini qoruyub saxlamışdır. Rayon üzrə 2020-ci ildə 61 ton 635 kq, 2021-ci ildə 67 ton 950 kq barama tədarük edilmişdir. 2022-ci ilin məhsulu üçün Qax Damazlıq İpəkçilik stansiyasından 1350 qutu ipəkqurdu toxumu gətirilərək 700 nəfərə qədər kümçülərə paylanmışdır.
03.06.2022-ci il tarixdə rayon üzrə barama təhvilinə başlanılmışdır. Məhsulun ilkin qəbulu göstərir ki, bu ildə Zərdab rayonu baramaçılıq sahəsində respublikada ən yüksək göstəriciyə nail olacaqdır.