Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət (01.01.2024)

12 fevral 2024 | 16:22

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı  69 nəfər olmuşdur. Zərdab rayonunda  01 yanvar 2024-cü il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2023-cü ilin yanvar-dekabr ayları ərzində Zərdab rayonun əhalisinin sayı 126 nəfər və ya 0,2 faiz artaraq 59182 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.

2023-cü ilin yanvar-dekabr ayları ərzində ilkin hesablamalara görə rayonda 389, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 15,7 faizi şəhər və qəsəbələrdə, 84,3 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 12,7-dən 6,6-ya qədər azalmışdır.

Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 297 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 5 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 5-9 yaşda 2, 10-14 yaşda 2, 15-19 yaşda 4, 20-24 yaşda 2, 25-29  yaşda 2, 30-34 yaşda 3, 40-44 yaşda 5, 45-49  yaşda 5, 50-54 yaşda 14, 55-59 yaşda 20, 60-64 yaşda 27, 65-69 yaşda 42, 70-74 yaşda 25, 75-79 yaşda 21, 80-84 yaşda 34, 85 yaşdan yuxarı 84  nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,0-dan 5,0-a qədər azalmışdır. Rayon üzrə təbii artım 92 nəfər olmuşdur.

2023-cü ilin yanvar-dekabr ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə  107 nikah və 65 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1-dən 1,8-ə qədər düşmüşdür.  Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3-dən 1,1-ə qədər azalmışdır .

2023-cü ilin yanvar-dekabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 60 nəfər, rayondan isə 26 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 34 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər