Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət (01.04.2023-cü il tarixə)

02 may 2023 | 15:52

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı  70 nəfər olmuşdur. Zərdab rayonunda  01 aprel 2023-cü il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2023-cü ilin yanvar-mart ayları ərzində Zərdab rayonunun əhalisinin sayı 16 nəfər və ya 0,03 faiz artaraq 59072 nəfərə çatmışdır. Əhalinin 20,3 faizi şəhər, 79,7 faizi isə kənd yerlərində yaşayır.

2023-cü ilin yanvar-mart ayları ərzində ilkin hesablamalara görə rayonda 94, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 16,0 faizi şəhər və qəsəbələrdə, 84,0 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 12,4-dən 6,4-ə qədər azalmışdır.

Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 85 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 1 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 5-9 yaşda 2, 10-14 yaşda 1, 30-34 yaşda 2, 40-44 yaşda 2,  45-49  yaşda 2, 50-54 yaşda 2, 55-59 yaşda 5, 60-64 yaşda 5, 65-69 yaşda 13, 70-74 yaşda 9, 75-79 yaşda 3, 80-84 yaşda 16, 85 yaşdan yuxarı 22  nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 7,7-dən 5,8-ə qədər azalmışdır. Rayon üzrə təbii artım 9 nəfər olmuşdur.

2023-cü ilin yanvar-mart ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə  26 nigah və 13 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nigahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3-dən 1,8-ə qədər düşmüşdür.  Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5-dən 0,9-a qədər azalmışdır .

2023-cü ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 17 nəfər, rayondan isə 10 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 7 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər