Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət (01.04.2024-cü il tarixə)

14 may 2024 | 11:57

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı  69 nəfər olmuşdur. Zərdab rayonunda  01 aprel 2024-cü il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2024-cü ilin yanvar-mart ayları ərzində Zərdab rayonun əhalisinin sayı 6 nəfər və ya 0,01 faiz artaraq 59434 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.

2024-cü ilin yanvar-mart ayları ərzində ilkin hesablamalara görə rayonda 79, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 21,5 faizi şəhər və qəsəbələrdə, 78,5 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 11,9-dən 5,3-ə qədər azalmışdır.

Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 79 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 1 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 15-19 yaşda 1, 30-34 yaşda 2, 35-39 yaşda 1, 40-44 yaşda 3, 45-49  yaşda 1, 50-54 yaşda 1, 55-59 yaşda 3, 60-64 yaşda 7, 65-69 yaşda 11, 70-74 yaşda 11, 75-79 yaşda 8, 80-84 yaşda 11, 85 yaşdan yuxarı 18  nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 7,1-dən 5,3-ə qədər azalmışdır.

2024-cü ilin yanvar-mart ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə  29 nikah və 16 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3-dən 2,0-a qədər düşmüşdür.  Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,0-dan 1,1-ə qədər artmışdır .

2024-cü ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 9 nəfər, rayondan isə 3 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 6 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər