Zərdab rayonunda demoqrafik vəziyyət (01.10.2024)
Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı 69 nəfər olmuşdur. Zərdab rayonunda 01 oktyabr 2024-cü il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur. İlkin hesablamalara görə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Zərdab rayonu əhalisinin sayı 74 nəfər və ya 0,1 faiz artaraq 59502 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində ilkin hesablamalara görə rayonda 263, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 20,2 faizi şəhər və qəsəbələrdə, 79,8 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 11,7-dən 5,8-ə qədər azalmışdır.
Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 209 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 3 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 10-14 yaşda 1, 15-19 yaşda 1, 25-29 yaşda 1, 30-34 yaşda 3, 35-39 yaşda 5, 40-44 yaşda 5, 45-49 yaşda 1, 50-54 yaşda 5, 55-59 yaşda 12, 60-64 yaşda 20, 65-69 yaşda 31, 70-74 yaşda 29, 75-79 yaşda 16, 80-84 yaşda 29, 85 yaşdan yuxarı 47 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,0-dan 4,6-ya qədər azalmışdır.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən Zərdab rayonu üzrə 64 nikah və 41 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9-dan 1,4-ə qədər düşmüşdür. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4-dən 0,9-a qədər azalmışdır .
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 29 nəfər, rayondan isə 9 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 20 nəfər təşkil etmişdir.
Zərdab Rayon Statistika İdarəsi