Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

06 noyabr 2026 | 15:24

Zərdab rayonu üzrə 01 oktyabr 2026-cı il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2026-cı ilin yanvar-sentyabr ayları ərzində Zərdab rayonu əhalisinin sayı 28 nəfər və ya 0,05 faiz artaraq 60144 nəfərə çatmışdır. Əhalinin 20,1 faizi şəhər, 79,9 faizi isə kənd yerlərində yaşayır. Rayonun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı  70 nəfər olmuşdur

2026-cı ilin yanvar-sentyabr ayları ərzində ilkin hesablamalara görə rayonda 213, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 17,4 faizi şəhər və qəsəbələrdə, 82,6 faizi isə kənd yerlərində qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 11,1-dən 5,0-a düşmüşdür.

Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 219 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 5 nəfər olmuşdur. Ölənlərin ümumi sayından 15-19 yaşda 1, 20-24 yaşda 2, 30-34 yaşda 1, 35-39 yaşda 2, 40-44 yaşda 1, 45-49 yaşda 4, 50-54 yaşda 5, 55-59 yaşda 9, 60-64 yaşda 25, 65-69 yaşda 33, 70-74 yaşda 37, 75-79 yaşda 24, 80-84 yaşda 11, 85 yaşdan yuxarı 59 nəfər ölüm halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 5,4-dən 5,1-ə düşmüşdür.

2026-cı ilin yanvar-sentyabr ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə 37 nikah və 60 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 5,0-dan 0,9-a, boşanmaların sayı isə 1,9-dan 1,4-ə düşmüşdür.

2026-cı ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 35 nəfər, rayondan isə 1 nəfər gedən qeydə alınaraq miqrasiya saldosu müsbət 34 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər