Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

09 fevral 2026 | 11:53

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı  69 nəfər olmuşdur. Zərdab rayonunda  01 yanvar 2026-cı il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2025-ci il ərzində Zərdab rayonu əhalisinin sayı 103 nəfər və ya 0,2 faiz artaraq 59857 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.

2025-ci il ərzində ilkin hesablamalara görə rayonda 362, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 16,0 faizi şəhər və qəsəbələrdə, 84,0 faizi isə kənd yerlərində qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 10,9-dan 6,1-ə düşmüşdür.

Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 290 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 3 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 1-4 yaşda 3, 10-14 yaşda 1, 15-19 yaşda 1, 20-24 yaşda 1, 25-29 yaşda 1, 35-39 yaşda 7, 40-44 yaşda 3, 45-49 yaşda 5, 50-54 yaşda 9, 55-59 yaşda 21, 60-64 yaşda 35, 65-69 yaşda 31, 70-74 yaşda 37, 75-79 yaşda 36, 80-84 yaşda 21, 85 yaşdan yuxarı 75 nəfər ölüm halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 5,4-dən 4,9-a düşmüşdür.

2025-ci il ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə 87 nikah və 84 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 5,4-dən 1,5-ə düşmüş, boşanmaların sayı isə 1,3-dən 1,4-ə qədər artmışdır.

2025-ci il ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 35 nəfər, rayondan isə 4 nəfər gedən qeydə alınaraq miqrasiya saldosu müsbət 31 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər