Zərdab rayonunda demoqrafik vəziyyət (2022-ci ilin 9 ayı)
Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı 70 nəfər olmuşdur. Zərdab rayonunda 01 oktyabr 2022-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur. İlkin hesablamalara görə 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Zərdab rayonun əhalisinin sayı 133 nəfər və ya 0,2 faiz artaraq 60131 nəfərə çatmışdır. Əhalinin 20,0 faizi şəhər, 80,0 faizi isə kənd yerlərində yaşayır.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində ilkin hesablamalara görə rayonda 349, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur ki, onların da 16,6 faizi şəhər və qəsəbələrdə, 83,4 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 11,3-dən 7,6-ya qədər azalmışdır.
Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 238 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 2 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 1-4 yaşda 2, 5-9 yaşda 1, 10-14 yaşda 1, 20-24 yaşda 1, 25-29 yaşda 3, 40-44 yaşda 4, 45-49 yaşda 7, 50-54 yaşda 9, 55-59 yaşda 15, 60-64 yaşda 21, 65-69 yaşda 26, 70-74 yaşda 27, 75-79 yaşda 15, 80-84 yaşda 38, 85 yaşdan yuxarı 66 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,1-dən 5,2-yə qədər azalmışdır. Rayon üzrə təbii artım 111 nəfər olmuşdur.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən Zərdab rayonu üzrə 88 nikah və 53 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nigahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8-dən 1,9-a, boşanmaların sayı isə 1,4-dan 1,1-yə qədər azalmışdır.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 33 nəfər, rayondan isə 11 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 22 nəfər təşkil etmişdir.
Zərdab Rayon Statistika İdarəsi