Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

31 oktyabr 2025 | 17:32

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı  69 nəfər olmuşdur. Zərdab rayonunda  01 oktyabr 2025-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Zərdab rayonu əhalisinin sayı 88 nəfər və ya 0,2 faiz artaraq 59842 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində ilkin hesablamalara görə rayonda 276, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 16,0 faizi şəhər və qəsəbələrdə, 84,0 faizi isə kənd yerlərində qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 10,3-dən 6,0-a düşmüşdür.   

Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 211 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 3 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 1-4 yaşda 1, 10-14 yaşda 1, 15-19 yaşda 1, 35-39 yaşda 4, 40-44 yaşda 3, 45-49 yaşda 2, 50-54 yaşda 5, 55-59 yaşda 15, 60-64 yaşda 30, 65-69 yaşda 19, 70-74 yaşda 21, 75-79 yaşda 31, 80-84 yaşda 17, 85 yaşdan yuxarı 58 nəfər ölüm halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 5,4-dən 4,6-ya düşmüşdür.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə 52 nikah və 65 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 5,3-dən 1,1-ə düşmüş, boşanmaların sayı isə 1,2-dən 1,4-ə qədər artmışdır.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 26 nəfər, rayondan isə 3 nəfər gedən qeydə alınaraq miqrasiya saldosu müsbət 23 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər