Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

01 avqust 2025 | 12:48

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı  69 nəfər olmuşdur. Zərdab rayonunda  01 iyul 2025-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2025-ci ilin yanvar-iyun ayları ərzində Zərdab rayonu əhalisinin sayı 56 nəfər və ya 0,09 faiz artaraq 59810 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.

2025-ci ilin yanvar-iyun ayları ərzində ilkin hesablamalara görə rayonda 180, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 16,7 faizi şəhər və qəsəbələrdə, 83,3 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 9,2-dən 6,0-a qədər azalmışdır.

Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 142 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 2 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 1-4 yaşda 1, 10-14 yaşda 1, 15-19 yaşda 1, 35-39 yaşda 3, 40-44 yaşda 3, 45-49 yaşda 2, 50-54 yaşda 3, 55-59 yaşda 10, 60-64 yaşda 19, 65-69 yaşda 11, 70-74 yaşda 10, 75-79 yaşda 22, 80-84 yaşda 12, 85 yaşdan yuxarı 42 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,7-dən 4,7-yə qədər azalmışdır.

2025-ci ilin yanvar-iyun ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə 44 nikah və 42 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2-dan 1,5-ə qədər düşmüşdür.  Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1-dən 1,4-ə qədər artmışdır .

      2025-ci ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 20 nəfər, rayondan isə 2 nəfər gedən qeydə alınaraq miqrasiya saldosu müsbət 18 nəfər  təşkil etmişdir.

 

                   Zərdab Rayon Statistika İdarəsi

Keçidlər