Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda heyvandarlıq inkişaf yolundadır

30 iyul 2024 | 11:19

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta, yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub. Hazırda rayonda (01 iyul 2024-cü il vəziyyətinə) 54217 baş iri buynuzlu, 107390 baş xırda buynuzlu heyvan var. 01 iyul 2024-cü il tarixə ət istehsalı 20697,0 sentner, süd istehsalı 122412,0 sentner, yumurta istehsalı 4996,0 min ədəd, yun istehsalı 1638,0 sentner olub.  

Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2024-cü ilin yanvar-iyun ayları ərzində 2320 baş inək, camış və düyələrdə süni mayalanma aparılmış, 1600  baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər