Zərdab rayonunda maarifləndirici tədbir keçirilib
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Zərdab rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı, rayon komissiyasının üzvləri, məktəb direktorları, müavinləri, psixoloqlar, uşaq birliyi təşkilatı rəhbərləri, gənclər və məktəblilərin iştirakı ilə 19 may 2022-ci il tarixdə Zərdab rayonunda tədbir keçirilib.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə müzakirələr aparılmış və metodiki köməkliklər göstərilərək, iştirakçılara zəruri əyani təbliğat materialları paylanılmışdır.
Tədbirdə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Komissiyasının məsul əməkdaşı Vasif Quliyev iştirak və çıxış etmişdir.