Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı rəsm və əl işlərindən ibarət müsabiqə keçirilib

28 mart 2023 | 17:01

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq 28 mart 2023-cü il tarixdə Zərdab rayon Mədəniyyət Mərkəzində uşaq və yeniyetmələr arasında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı rəsm və əl işlərindən ibarət müsabiqə keçirilib.

Zərdab Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Sektorunun, Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayon nümayəndəliyinin, Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə təşkil olunan müsabiqədə 40-dək uşaq və yeniyetmələrin rəsm və əl işləri nümayiş olunub. Müsabiqənin təşkil edilməsində məqsəd Ümummilli Lider Heydər Əliyev  irsini daha dərindən mənimsəmək, onun həyat və fəaliyyətini gənc rəssamların gözü ilə cəmiyyətə çatdırmaq olub. Sonda münsiflər heyəti tərəfindən qaliblər elan olunaraq, ilk üçlüyə  diplom və hədiyyələr, digər həvəsləndirici yerlərin qaliblərinə  isə müxtəlif hədiyyələr təqdim edilib.

Keçidlər