Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunun Məlikumudlu kəndində yaralı əsgərlə görüş keçirilib

10 oktyabr 2022 | 14:30

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatların qarşısını alarkən qəhrəmanlıq göstərərək yaralanmış Zərdab rayonunun Məlikumudlu kənd sakini İsmayıl Səxavət Dəyanət oğlu doğma kəndinə qayıdıb. 10 oktyabr 2022-ci il tarixdə Zərdab Rayon İHB Aparatının şöbə müdiri Zinhar Bayramov, baş məsləhətçi Nicat Umudov, SHXÇDX-nin Zərdab bölməsinin əməkdaşı Fariz Mustafayev, Rayon İHB-nın Məlikumudlu kənd İƏD üzrə nümayəndəsinin müavini Rabil Nuriyev yaralı əsgər və ailəsi ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun ermənilərin təxribatının qarşısını alması, torpaqlarımızın qorunmasında qəhrəmanlıq göstərməsi, düşmənin xeyli döyüş texnikasını, canlı qüvvəsini məhv etməsi barədə məlumat verilib. Qeyd olunub ki, Zəngilan rayonu istiqamətindəki şiddətli döyüşlər nəticəsində Zərdab rayonunun Kəndəbil kəndindən olan kiçik gizir Rüstəmov Fərid Nafil oğlu da qəhrəmancasına həlak olub. Görüş iştirakçıları Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyib. Əsgərin ailəsinə maddi və ərzaq yardımı olunub. Göstərilən qayğıya görə özü və ailəsi adından ölkə rəhbərliyinə minnətdarlıq edən İsmayıl Səxavət bundan sonra da Vətənə sədaqətlə qulluq etməyə, Ali Baş Komandanın hər an verə biləcək döyüş əmrinə hazır olduğunu bildirib.

Keçidlər