Zərdab rayonunun ümumtəhsil məktəblərində “Bilik günü” və yeni dərs ilinin başlanması münasibəti ilə tədbirlər keçirilmişdir.
15 sentyabr “Bilik günü” münasibətilə İsaqbağı kənd tam orta məkətbində keçirilən tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP-nın Zərdab rayon təşkilatının sədri, Rayon Təhsil Sektorunun müdiri, şəhid anası, valideynlər, məktəbin müəllim-şagird kollektivi iştirak etmişdir.
İlk öncə Dövlət himnin səsləndi, sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərilməsinin nəticəsidir ki, hər il yeni-yeni məktəblər tikilir, təhsilin maddi-texniki bazası, infrastrukturu yenilənir.
Tədbirdə digər çıxış edənlər “Bilik günü” münasibətilə məktəb kollektivini, şagirdləri təbrik edib, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı.